Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda yol qəzası zamanı avtomobil aşıb

14.01.2026 [20:07]

Xəbərin mətni

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb. “Niva” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdən biri aşıb.