Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il reallaşdırılan islahat zərfi çərçivəsində əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlər də artırılıb

15.01.2026 [13:54]

Xəbərin mətni

Ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfi reallaşdırılıb. Üç milyon vətəndaşı əhatə edən və illik əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrıldığı həmin islahat zərfi çərçivəsində ötən il əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin də artırılması təmin edilib. Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.