Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdarə Heyətinin sədri: Pensiyalardakı artım dinamikası bu il də davam edəcək

15.01.2026 [14:07]

Xəbərin mətni

Orta aylıq pensiya ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 578 manata çatıb. Pensiyalardakı artım dinamikası bu il də davam edəcək. AZƏRTAC xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.