Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rektor: Azərbaycan dili milli kimliyimizin əsas sütunlarından biridir

15.01.2026 [15:12]

Xəbərin mətni

Azərbaycan dili milli kimliyimizin əsas sütunlarından biridir. Xalqımızın tarixi yaddaşını, mədəni irsini, mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən ən mühüm vasitə məhz ana dilimizdir. Ona görə də Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda elmi-praktik konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.