Aparat rəhbəri: Xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlərin nəticələri barədə televiziya kanallarına rəsmi məlumat veriləcək
15.01.2026 [15:44]
Xəbərin mətni
Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması, xüsusilə də xarici ifadələrin yersiz istifadəsinin qarşısının alınması məsələsinə dəfələrlə toxunub. Dövlətimizin başçısı ana dilimizin zəngin imkanlarından səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb, dilin milli-mənəvi dəyərlərimizin əsas daşıyıcısı olduğunu xüsusi qeyd edib. AZƏRTAC xəbər verir ki, bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov deyib.