Rövşən Məmmədov: Dil normalarının pozulma səbəbləri barədə geniş müzakirələr aparılmalıdır
15.01.2026 [15:46]
Xəbərin mətni
Azərbaycan dilinin saflığının qorunması məsələsinə praktiki prizmadan yanaşmalı, dilimizin pozulma məqamları üzərində ciddi şəkildə düşünməliyik. Biz çox vaxt nəticə ilə mübarizə aparırıq, lakin həmin nəticəyə aparan səbəblər və yollar kifayət qədər müzakirə olunmur. Əslində isə Azərbaycan dilinin normalarının pozulma səbəbləri ətrafında geniş və məqsədyönlü müzakirələr aparılmalıdır. AZƏRTAC xəbər verir ki, bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.