Polis yol qəzası zamanı xəsarət alan şəxslərə kömək edib
15.01.2026 [19:21]
Xəbərin mətni
Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki körpünün üzərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı xəsarət alan şəxslər vətəndaşlar və ərazidə xidmət aparan yol polisi əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıblar.