Paytaxtın Yasamal rayonunda binada baş verən yanğın söndürülüb
15.01.2026 [20:22]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.