Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi yaddaşı qoruyan Kokkaynar kəndi: 1937-ci il repressiyalarının izləri və azərbaycanlı ailələrin taleyi

16.01.2026 [15:19]

Xəbərin mətni

Qazaxıstanın Almatı vilayətinin İli rayonunda yerləşən Kokkaynar kəndi tarixi yaddaşı qoruyan ünvanlardan biridir. Burada yaşayan azərbaycanlıların kökləri tariximizin ən ağrılı səhifələrindən birinə - 1937-ci ilin repressiya və sürgünlərinə gedib çıxır. Həmin illərdə doğma yurdlarından qoparılaraq bu torpaqlara gətirilən azərbaycanlıların nəsli zamanla kəndin sosial-mədəni həyatında özünəməxsus yer tutub.