Ötən il 3888 nəfərə evdə sosial məişət xidməti göstərilib
19.01.2026 [11:51]
Xəbərin mətni
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) ötən 6 ilə yaxın müddətdə 600 min şəxsə müxtəlif sosial xidmətlər göstərib. Agentlik bugünə kimi 16 min həssas qrupdan olan ailələlərə mənzil təqdim edib. Postmühatibə dövründə 7000-dən şəxsə isə mənzil verilib. Bu dövr ərzində 7700-dən çox şəxs avtomobillə təmin olunub. Bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.