Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Behbudov: Ötən il 37 vətəndaşımızın ölkəyə repatriasiyası həyata keçirilib

19.01.2026 [12:08]

Xəbərin mətni

2025-ci ildə Suriya, Rusiya və Fələstindən 37 vətəndaşımızın ölkəyə repatriasiyası həyata keçirilib. Onların sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və reabilitasiyası məqsədilə iş aparılıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.