Bu il daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır
19.01.2026 [12:40]
Xəbərin mətni
2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub. Eyni zamanda, bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.