Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Behbudov: Ötən il penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb olunub

19.01.2026 [13:08]

Xəbərin mətni

2025-ci il ərzində ümumilikdə penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb edilib ki, onlardan 73-ü ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxan şəxslər olub. Bunu SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.