Ötən il 672 nəfərə sosial reabilitasiya xidməti göstərilib
19.01.2026 [13:11]
Xəbərin mətni
2025-ci il ərzində ümumilikdə 672 nəfərə sosial reabilitasiya xidməti göstərilib, onlardan 622-si uşaqdır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.