Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDYPİ yağıntılı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

20.01.2026 [10:50]

Xəbərin mətni

Hazırda paytaxt Bakıda, eləcə də digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir. Xüsusilə qeyd etmək istəyirik ki, hazırkı hava şəraiti ilə əlaqədar yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir.