Azərbaycan Dövlət İnformasiya Agentliyi

Doğma yurdda yeni başlanğıc: Ayxan İsfəndiyarlının uğur hekayəsi

21.01.2026 [14:29]

Xəbərin mətni

“Böyük Qayıdış” Proqramı çərçivəsində ata-baba yurdlarına geri dönən sakinlərin sosial dəstəklə təminatı istiqamətində Azərbaycan dövləti tərəfindən tədbirlər görülür. Füzuli şəhərində də sakinlər üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb. Dövlət tərəfindən ayrılan avadanlıq və xammal sayəsində vətəndaşlar heyvandarlıq, arıçılıq və müxtəlif xidmət sahələri üzrə öz kiçik bizneslərini qurmaq imkanı əldə ediblər. Bu təşəbbüslər regionda iqtisadi aktivliyin bərpasına xidmət etməklə yanaşı, ailələrin dayanıqlı gəlir mənbəyi ilə təmin olunmasında mühüm rol oynayır. Sosial reabilitasiya və məşğulluq tədbirlərinin genişləndirilməsi sakinlərin yeni həyat şəraitinə uyğunlaşmasını daha da sürətləndirir.