Xankəndiyə köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub
21.01.2026 [15:45]
Xəbərin mətni
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlərdən ibarət 36 ailə (162 nəfər) doğma yurduna qayıdıb. Onların Xankəndiyə qayıdışı böyük coşqu ilə qarşılanıb.