Qarabağ “DOST Evi”ndə “SİMA missiyası” adlı texnoloji nağıl kitabının imza günü olub
21.01.2026 [18:23]
Xəbərin mətni
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsində “SİMA missiyası” adlı texnoloji nağıl kitabının imza günü keçirilib. Tədbir “AzInTelecom” MMC və Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış, uşaqlar üçün texnologiya və rəqəmsal savadlılıq mövzularını əhatə edən “SİMA missiyası” nağıl kitabının təqdimatına həsr olunub.