Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il vətəndaşlara 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı və digər ödənişlərin verilməsi təmin olunub

22.01.2026 [13:24]

Xəbərin mətni

Görülmüş tədbirlər nəticəsində vətəndaşlara 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı və digər ödənişlərin verilməsi təmin olunub, 89 işçi əvvəlki iş yerlərinə bərpa edilib. Bunu DƏMX-in rəisi Vəli Quliyev “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətlərinin elektronlaşdırılması sahəsində ötən ildə görülmüş işlər və 2026-cı ilin hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında deyib.