Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rektor: AZƏRTAC-ın xüsusi auditoriyası jurnalistikanın daha dərindən mənimsənilməsinə şərait yaradacaq

22.01.2026 [13:48]

Xəbərin mətni

Bakı Dövlət Universitetində (BDU) tədris və təlim prosesinin davamlı olaraq təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər aparılır. Biz işəgötürənlərlə xüsusi əlaqələrin qurulmasına və onların bu prosesdə bilavasitə iştirakının təmin edilməsinə yönələn konkret addımlar atırıq. Bu sözləri jurnalistlərə açıqlamasında BDU-nun rektoru Elçin Babayev deyib.