Qırx altı təqvim günü əmək məzuniyyəti hüququ olan işçilərin dairəsi genişləndirilib
22.01.2026 [14:17]
Xəbərin mətni
Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, azı 46 təqvim günü əmək məzuniyyəti hüququ olan işçilərin dairəsi genişləndirilib. Yeni tənzimləməyə əsasən, bu məzuniyyətdən istifadə hüququ olan şəxslərin siyahısına əlavə kateqoriyalar daxil edilib. Bunu Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən mətbuat konfransında xidmətin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən deyib.