Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Əliyev: BDU-da AZƏRTAC-ın xüsusi auditoriyasının açılmasını əməkdaşlığımızın növbəti mühüm addımı kimi qiymətləndirirəm

22.01.2026 [15:32]

Xəbərin mətni

Yanvarın 22-də Azərbaycanın ən qocaman ali təhsil ocağında - Bakı Dövlət Universitetində çox əlamətdar bir hadisəni qeyd etdik. Burada Azərbaycanın ilk xəbər agentliyi olan AZƏRTAC-ın xüsusi auditoriyasının açılışını həyata keçirdik. Mən bunu Bakı Dövlət Universiteti ilə AZƏRTAC arasında mövcud əməkdaşlığın növbəti mühüm addımı kimi qiymətləndirirəm. Bu sözləri jurnalistlərə açıqlamasında AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev deyib.