Sözlə yaşayan, efirlə tarix yazan Elşad Quliyev və onun istəyi
23.01.2026 [18:48]
Xəbərin mətni
Elşad Quliyev 1941-ci ilin yanvarında Cəlilabadda doğulub. Sözə və fikrə bağlılığı onu əvvəl filologiyaya, sonra isə böyük ekran və efir dünyasına aparır. 1983–1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri kimi Azərbaycan televiziya tarixində silinməz iz buraxır. Elşad Quliyev Azərbaycan SSR Əməkdar incəsənət xadimi, tarix elmləri namizədi, Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, həmçinin akademik Vavilov adına Beynəlxalq medala layiq görülüb. O öz dövrünün yenilikçi bayrağını daşıyan görkəmli şəxsiyyət idi.