İdarə Heyətinin sədri: Qida zəhərlənməsinin diaqnostikası yalnız laborator şəraitdə təsbit edilə bilər
26.01.2026 [13:45]
Xəbərin mətni
Qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına əməl olunmaması bəzi hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır. 2025-ci il ərzində "1003 – Çağrı Mərkəzi"nə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Bu hadisələrdə ümumilikdə 401 zərərçəkən qeydə alınıb. Ölüm faktı qeydə alınmayıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev deyib.