Bir sıra qida məhsullarının İsrailə ixracı üzrə icazələrin əldə olunması istiqamətində iş aparılır
26.01.2026 [15:44]
Xəbərin mətni
Azərbaycandan İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri və digər bir sıra məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib. Hazırda isə alma, armud, şaftalı, nektarin, heyva kimi bitkiçilik məhsulları və eyni zamanda, baytarlıq nəzarətində olan ərzaqlıq yumurta, balıq, ət və süd məhsullarının ixracı üzrə icazələrin əldə olunması istiqamətində intensiv iş aparılır. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan brifinqdə deyib.