Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçınlı arıçı: Qar nə qədər çox yağsa, balımız bir o qədər bol olacaq

26.01.2026 [16:59]

Xəbərin mətni

Laçında bu il qışın qarlı keçməsi təkcə təbiəti bəyaza bürüməyib, həm də arıçılıq təsərrüfatları üçün bol məhsul vəd edir. Mütəxəssislərin fikrincə, mövcud hava şəraiti yaz-yay aylarında arıların daha zəngin nektar toplayacağına və balın keyfiyyətli olacağına işarədir.