Azərbaycan Dövlət İnformasiya Agentliyi

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb

28.01.2026 [10:57]

Xəbərin mətni

İndoneziyanın Qərbi Yava əyalətindəki Çisarua rayonunun Pasirlanqu kəndində yanvarın 26-da baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb. Fəlakətlərin İdarəedilməsi Agentliyi ölənlərin 30-nun şəxsiyyəti müəyyən edilərək meyitləri ailələrinə təhvil verilib. Ölənlər arasında İndoneziyanın elit dəniz piyada qüvvələrinin ərazidəki mərkəzində təlim keçən 23 hərbçisi də var. İtkin düşənlərin axtarışlarına ağır texnika, təxminən 800 xilasedici, habelə xüsusi təlim keçmiş itlər cəlb olunub.