Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dərnəgül” elektrik deposunun tikintisi davam etdirilir

28.01.2026 [18:38]

Xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur. Birinci mərhələ xətlərin ayrılması üçün zəruri olan minimum infrastrukturun qurulmasını əhatə edir. Hazırda 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən depo ərazisindən keçəcək yeraltı avtomobil tunelinin inşası və Abay Kunanbayev küçəsini “Çinarlı” yaşayış kompleksi ilə birləşdirən piyada tunelinin yenidən qurulması işləri aparılır. Tunellərin açıq üsulla tikilməsi deponun icra qrafikində zəruri dəyişikliklərə səbəb olub. AAYDA tərəfindən görülən işlər başa çatdıqdan sonra, deponun inşa edilən hissələrində dəmir yolu və digər infrastrukturun əlaqələndirilməsi qısa müddətdə həyata keçiriləcək.