Yaşıl və Qırmızı xətlərin ayrılması – Bakı metrosunda tarixi mərhələ
28.01.2026 [18:43]
Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri olan Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib. Bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, 6 əsas komponentdən ibarət kompleks yanaşmadır. AZƏRTAC layihə çərçivəsində tikinti işləri həyata keçirilən yeni tunellərin inşası və "28 May-Cəfər Cabbarlı" stansiyaları arasında yeni piyada tuneli barədə ətraflı məlumatların yer aldığı videomaterialı təqdim edir.