Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Doğum günümdə ən böyük sevincim yenidən doğma torpağıma qayıtmağımdır

29.01.2026 [09:52]

Xəbərin mətni

Məmmədbəyli kəndindən çıxanda 25 yaşım var idi. Bu gün mənim 58 yaşım tamam olur. Bu əlamətdar gündə ən böyük sevincim isə yenidən doğma torpağıma qayıtmağımdır. Bu sözləri AZƏRTAC-a açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Təranə Səhlaliyeva söyləyib.