Vüqar Əliyev: Könüllülük fəaliyyəti Azərbaycanda brendə çevrilib
30.01.2026 [12:28]
Xəbərin mətni
Hazırda Azərbaycanda könüllülük modeli kifayət qədər yüksək səviyyədədir. Biz, həmçinin beynəlxalq səviyyədə könüllülük təcrübələrinə də yiyələnirik. Xarici ölkələrin könüllülük fəaliyyətləri ilə bağlı yeniliklərin Azərbaycanda da tətbiq olunmasında maraqlıyıq. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev deyib.