Baş direktor: Region gənclərinin şəxsi inkişafına dəstək tədbilərinin təşkili nəzərdə tutulur
30.01.2026 [16:47]
Xəbərin mətni
“Gənclərin şəxsi inkişafı və karyera quruculuğu dövlətin gənclər siyasətində mühüm yer tutur. Bu baxımdan ən aktual istiqamətlərdən biri məhz innovasiya və rəqəmsallaşmadır. Azərbaycan Gəncləri Günü ərəfəsində təşkil olunan “Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu” mövzulu forum da gənclərimizin bilik və bacarıqlarının artırılmasını hədəfləyən mühüm tədbirdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev deyib.