Qəbələdə nəhəng infrastruktur layihəsi - Yengicə su anbarında işlərin 60 faizi tamamlanıb
30.01.2026 [17:48]
Xəbərin mətni
Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması və kənd təsərrüfatının suvarma suyu ilə etibarlı təminatı dövlətin prioritet iqtisadi hədəflərindən biridir. Bu istiqamətdə həyata keçirilən strateji infrastruktur layihələri regionlarda həm məhsuldarlığın artırılmasına, həm də ekoloji tarazlığın qorunmasına xidmət edir. Şimal-qərb bölgəsində inşası sürətlə davam etdirilən Yengicə su anbarı da məhz bu məqsədlə ərsəyə gətirilən ən mühüm obyektlərdən biri kimi diqqət mərkəzindədir.