Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib

31.01.2026 [12:29]

Xəbərin mətni

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla, ümumilikdə, 245 vəkil, habelə media nümayəndələri iştirak ediblər.