Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənclər Günü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinə başlanılıb

02.02.2026 [11:05]

Xəbərin mətni

Gənclər Günü ilə əlaqədar Gənclər Fondu tərəfindən bir sıra tədbirlər təşkil olunacaq. Tədbirlərə “GəncLAND” Gənclər Festivalı ilə başladıq. Bundan başqa, Azərbaycanın ən böyük fərdi intellektual yarışı - "GəncİNTELLEKT" təşkil olunacaq. Həmçinin, tələbə gənclər təşkilatları arasında “GəncVİZYON” İdeatonu keçiriləcək. Silsilə tədbirlər “GəncTALKS” Motivasiya Platforması ilə davam edəcək. Bunu jurnalistlərə açıqlamasında Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev deyib.