Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib
05.02.2026 [13:46]
Xəbərin mətni
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Hökmə əsasən təqsirləndirilən şəxs Davit İşxanyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.