Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənan Əkpərov: Əlilliyin müəyyən edilməsi ilə bağlı süni intellekt həllərinin tətbiqi nəzərdə tutulur

05.02.2026 [16:02]

Xəbərin mətni

2026-cı ildə görüləcək işlər arasında süni intellektlə bağlı planlar nəzərdə tutulub. Həm vətəndaşlar, həm də daxili proseslərin rəqəmsallaşması üçün planlaşdırılan məsələlər var. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov fevralın 5-də keçirilən mətbuat konfransında məlumat verib.