Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider
05.02.2026 [18:19]
Xəbərin mətni
Azərbaycan ilə Ərəb dünyasının aparıcı ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və strateji əməkdaşlıq münasibətləri yeni, tarixi mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfərləri, həmçinin bu ölkənin lideri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfərlərinin dinamikliyi əlaqələrimizin yüksələn xətlə inkişafından xəbər verir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətləri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib.