Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynalı politoloq: Rusiya müharibəni dayandırmağa hazır deyil

06.02.2026 [14:36]

Xəbərin mətni

Əbu-Dabidə keçiriləcək növbəti görüşlərlə bağlı heç kim hər hansı şişirdilmiş gözləntilər səsləndirməyib. Bu, Ukrayna və Rusiya arasında ABŞ və bəlkə də digər üçüncü ölkələrin vasitəçiliyi ilə baş tutacaq çox uzunmüddətli danışıqlar prosesinin ilkin mərhələsidir. Ukraynalı politoloq Aleksandr Kovalenko bu fikri AZƏRTAC ilə bölüşüb.