Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda şagirdin xəsarət yetirdiyi müəllim əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur

06.02.2026 [16:53]

Fevralın 6-da Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub. Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.