Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Qazax avtomobil yolunda qəza baş verib

07.02.2026 [12:14]

Fevralın 5-də saat 15:10 radələrində Bakı–Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Respublika Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, sürücünün diqqətsizliyi səbəbindən “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Nəticədə bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.