Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda yeniyetmələrə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

09.02.2026 [15:41]

Xəbərin mətni

Paytaxt Bakının Nizami və Xətai rayonları ərazisində soyğunçuluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda zərərçəkənlərin pul vəsaitini və iki ədəd mobil telefonunu açıq talama yolu ilə ələ keçirib.