Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bələdiyyələrlə bağlı 62 material istintaq orqanlarına göndərilib

09.02.2026 [17:12]

Xəbərin mətni

Müxtəlif dövrləri əhatə edən aparılmış araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 9-da keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyinin illik məruzəsində öz əksini tapıb.