Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hafiz Quliyev: Arif Babayev muğam sənətimizin əsas sütunlarından biri idi

09.02.2026 [23:58]

Xəbərin mətni

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının “Teatrın tarixi simaları” adlı çoxməzmunlu layihəsi var. Teatr 1908-ci ildən bu günə qədər 118 illik şərəfli yol keçib və bu müddət ərzində çoxsaylı fərqlənmiş sənətkarlar yetişib. Bu sənətkarlar arasında Arif Babayev muğamımızın əsas sütunlarından biri idi. Bunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.