Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mənsum İbrahimov: Arif Babayev hər zaman xalqımızın yaddaşında yaşayacaq

09.02.2026 [23:59]

Xəbərin mətni

Arif Babayev hər zaman xalqımızın yaddaşında yaşayacaq. O, həm böyük sənətkar, həm də pedaqoq idi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının layihəsi olan “Teatrın tarixi simaları” çərçivəsində bu gün təşkil olunan tədbir məhz görkəmli sənətkarın zəngin irsinin yaşadılmasına həsr olunub. Bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib.