Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: Ölkəmizə illər ərzində milyardlarla dollar həcmində xarici investisiya cəlb edilib

10.02.2026 [10:45]

Xəbərin mətni

Azərbaycan iqtisadiyyatı əsasən strateji sahələr üzərində qurulub. Bu səbəbdən strateji sahələrdə həm iqtisadiyyatın, xüsusilə də dövlət maraqlarının qorunması olduqca vacibdir. Çünki məhz bu sahələrdə mülkiyyət və idarəetmə hüquqlarının qorunması məsələsi ön plana çıxır. Təqdim edilən layihədə də strateji sahələrdə, xüsusilə strateji əhəmiyyət daşıyan investisiyalarla bağlı yeni investisiya rejiminin müəyyən edilməsi nəzərdə tutulur. Bu sözləri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 10-da keçirilən iclasında komitə sədri Azər Əmiraslanov söyləyib.