Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynalı politoloq: Ölkədə prezident seçkilərinin keçirilmə vaxtı proseslərin inkişafından asılıdır

10.02.2026 [18:30]

Xəbərin mətni

Son vaxtlar Rusiya ilə müharibənin tənzimlənməsi fonunda Ukraynada prezident seçkilərinin keçirilməsinə dair fikirlər artıb. Dünyanın ciddi media resurslarında may ayında bu ölkədə prezident seçkilərinin keçirilməsi ehtimalının yüksək olduğu bildirilir. Bəs, ukraynalı siyasi ekspertlər bu barədə nə düşünürlər? Ukraynalı politoloq Oleksi Buryaçenko AZƏRTAC-a açıqlamasında deyib ki, ölkəsində mart ayında atəşkəsin elan olunması, mayda isə seçkilərin keçirilməsi ehtimalı Amerika Birləşmiş Ştatlarının (ABŞ) maraqlarına uyğun ola bilər.