Azərbaycan Dövlət İnformasiya Agentliyi

Afət Abbasova: Kitabda təbii sərvətlərin ölkənin inkişaf strategiyasında rolu geniş şəkildə təqdim olunur

11.02.2026 [17:56]

Xəbərin mətni

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” adlı fundamental üç cilddən ibarət əsərinin təqdimatı keçirildi. Nəşrdə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra enerji siyasətinin formalaşması və təbii sərvətlərin ölkənin inkişaf strategiyasında rolu geniş şəkildə təqdim olunur. Bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova bildirib.