Kanadanın yeni seçilən baş naziri vətəndaşlara metroda təşəkkür etdi
21.10.2015 [15:56]
Kanadanın yeni seçilmiş baş naziri Castin Tryudo (Justin Trudeau) seçkidən sonra vətəndaşlara təşəkkür etmək üçün Montreal metrosunda olub. Onu tanıyan insanlar yeni nazirlə görüşüb və foto çəkdiriblər.