Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynalı hərbi ekspert: “Starlink”in bloklanması Rusiya ordusunun hücum əməliyyatlarını zəiflədib

12.02.2026 [12:16]

Xəbərin mətni

“Starlink”in Rusiyada bloklanmasının Rusiya-Ukrayna müharibəsinin gedişinə ciddi təsir edəcəyinə dair müxtəlif fikirlər səsləndirilir. Amerika Birləşmiş Ştatlarının Müharibə Tədqiqatları İnstitutunun hesabatına görə, “Starlink”in bloklanması rusları Ukrayna logistikasına hücumlarını zəiflətməyə məcbur edib. Bu, Donetskin Pokrovski şəhəri istiqamətində Rusiya bölmələri tərəfindən ən güclü şəkildə hiss olunur. Analitiklər bildirirlər ki, “Starlink”in bloklaması Rusiyanın döyüş meydanını hava qüvvələrindən təcrid etmək cəhdlərinə təsirsiz ötüşməyəcək. Ukraynalı hərbi ekspert Dmitriy Jmailo AZƏRTAC-a açıqlamasında bildirib ki, “Starlink”in bloklanması hərbi məqsəd daşıyır.